“Neftçi”nin potensial rəqiblərindən heç-heçə

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin daha bir ilk oyunu başa çatıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Neftçi”nin potensial rəqiblərindən olan Bosniya və Herseqovinanın “Jelezniçar” klubu Belarusun “Dinamo” (Minsk) komandasını qəbul edib.

Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Qonaqlar 2:0 öndə olduqları oyunda qələbəni son dəqiqələrdə buraxılan qollarla əldən veriblər.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq. Cütün qalibi 2-ci təsnifat mərhələsində “Neftçi” ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button