Azərbaycan klublarının potensial rəqibləri azaldı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Neftçi” və “Keşlə”nin 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3-ə enib.
Komanda.az xəbər verir ki, sözügedən klublarımız Şimali Makedoniyanın “Şkupi”, Albaniyanın “Laçi” və Gürcüstanın “Dinamo” (Batumi) komandalarından biri ilə qarşılaşmalı olacaq. Paytaxt təmsilçiləri səpələnmişlər səbətində yer aldıqları üçün nisbətən aşağı reytinqli komandalarla üz-üzə gələcəklər.
Səpələnməmişlər səbətindəki “Sumqayıt” isə Rumıniyanın “Universitatya Krayova”, Qazaxıstanın “Kayrat”, Şimali Makedoniyanın “Şkendiya” və Serbiyanın “Baçka Topola” klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, klublarımızın rəqibləri avqustun 10-da baş tutacaq püşkatma mərasimindən sonra məlum olacaq.
Bizi Facebook-da izləyin