“Neftçi”nin oyununda kütləvi dava
Futbol üzrə Gənclər Liqasının (19 yaşadək futbolçular arasında Azərbaycan çempionatı) “Neftçi” İK İB – “Sumqayıt” oyununda kütləvi dava baş verib.
Komanda.az xəbər verir ki, “Sumqayıt”ın futbolçusu Sədrəddin Hüseynzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən rəqibə yumruq atıb və hakimi təhqir edib.
Oyun bitdikdən sonra isə qonaq komandadan Fərdi Abbasov, meydan sahiblərindən Cavanşir Tahirov və Müseyib Beydiyev kütləvi dava-dalaşda iştirak edib.
AFFA İntizam Komitəsi 4 futbolçunu 6 oyun cəzalandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin