“Neftçi”nin oyunu yenə təxirə salındı
Kişi voleybolçular arasında Yüksək Liqanın 2-ci turundan təxirə salınmış “Neftçi” – “Xarı bülbül” oyunu növbəti dəfə ertələnib.
Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
Bildirilib ki, “Xarı bülbül” klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.
Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Oyun daha əvvəl “Neftçi”nin voleybolçuları xəstələndiyi üçün baş tutmamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin