“Neftçi”nin oyunu təxirə salındı – kütləvi yoluxmaya görə

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 2-ci turu çərçivəsində bu gün keçirilməli olan “Neftçi” – “Xarı bülbül” oyunu birincilərin oyunçularının xəstələnməsi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Neftçi” klubunun rəhbərliyi bununla bağlı federasiyaya müraciət ünvanlayıb. Adıçəkilən klubun müraciətində bildirilib ki, komandanın əksər oyunçuları hazırda ölkədə geniş yayılmış qrip virusundan və yüksək hərarətdən əziyyət çəkirlər və məşqlərdə iştirak edə bilmirlər. Bu səbəbdən AVF qarşılaşmanın başqa vaxta keçirilməsini qərara alıb.

Beləliklə, bu gün yalnız MOİK – “Murov” oyunu baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Xatırladaq ki, qadın voleybolçular arasında yanvarın 11-də keçirilməli olan Azərbaycan Yüksək Liqasının 2-ci turunun “Murov” – UNEC matçı eyni səbəbdən təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button