“Neftçi”nin oyunu təxirə salındı
Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül” (Laçın) – “Neftçi” oyunu təxirə salınıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) Komanda.az-a verilən məlumata görə, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.
“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz – kəskin respirator xəstəlik) müşahidə edildiyi bildirilib.
Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Oyunun nə zaman baş tutacağı hələ ki, bəlli deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin