“Neftçi”nin müdafiəçisi “Qarabağ”la matçda olmayacaq
Azərbaycan kubokunun yarımfinal mərhələsində “Qarabağ”la ilk oyundan əvvəl “Neftçi”nin zədəli futbolçularının son durumu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda sözügedən oyuna itkilərlə çıxacaq.
Bərpa prosesini davam etdirən Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə keçən Mark Tamaş bu matçı buraxmalı olacaq.
Bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin