“Neftçi”nin “Jelezniçar”la ilk oyununun başlama vaxtı dəyişdirildi
“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi ilk oyunun təqvimində dəyişiklik olub.
Komanda.az xəbər verir ki, UEFA iyulun 27-də “Qrbavitsa” stadionunda baş tutacaq matçın saatını dəyişib.
Qitə futbol qurumunun qərarına görə, Sarayevodakı qarşılaşma öncədən nəzərdə tutulduğu kimi, saat 22:30-da deyil, yarım saat gec – 23:00-da start götürəcək.
Bu komandalar arasında cavab oyunu avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin