“Neftçi”nin hakimi təhqir edən baş məşqçisinə 5 oyunluq cəza – 4 min manat cərimə
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 13-cü turunun “Keşlə” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 13-cü turunun “Qəbələ” – “Zirə” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 13-cü turunun “Səbail” – “Neftçi” matçında “Səbail” klubunun futbolçusu Eltun Yaqublu ilə “Neftçi” klubunun meneceri Qədir Həsənov arasındakı mübahisə baş verdiyi üçün hər iki şəxsə xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə onları cəza gözləyir.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələr, qeyri-etik şüarlar səsləndiyinə görə klub 4000 AZN cərimə olunur.
“Neftçi” klubunun baş məşqçisi Roberto Bordin 4-cü sarı vərəqəsini aldığına görə 1 oyun cəzalanır.
Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə meydan sahibi klub 1600 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Qaradağ Lökbatan” – MOİK matçında“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Zaqatala” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 90+5-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Sənan Qocayev azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Səbail” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 38-ci dəqiqəsində “Keşlə” klubunun futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 12-ci turunun “Neftçi-2” – “Kəpəz” matçının 32-ci dəqiqəsində “Neftçi-2” klubunun futbolçusu Əmrah Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 33-cü dəqiqəsində “Neftçi-2” klubunun baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanır, klub 400 manat cərimə olunur. Məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində məşqçi yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
Birinci divizionun 12-ci turunun “Zirə-2” – “Sumqayıt-2” matçından öncə keçirilən iclasda polis nümayəndəsi iştirak etmədiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.
Bizi Facebook-da izləyin