“Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər” – Müsahibə
“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib:
- Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?
- Toplanışın başlanğıcıdı deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.
- Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədir?
- Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının içtirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.
- “Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?
- Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.
- “Neftçi”nin lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədir?
- İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.
- Bu yolda azarkeşlərə bir kapitan olaraq nə demək istərdin?
- Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin