“Neftçi”nin futbolçuları Sent Martin və Monteneqro millilərinə dəvət alıb
“Neftçi”nin iki futbolçusu – Kilan Lebon Sent Martin, Edvin Kuç isə Monteneqro millisinə çağırılıb.
Komanda.az xəbər verir ki, Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.
Kuç isə Monteneqro seçməsi ilə UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Türkiyə, 14-də isə Uels yığmaları ilə qarşılaşacaq.
Kilan Lebon Sent Martin millisinin heyətində 3 oyunda 1, Edvin Kuç isə Monteneqro seçmə komandasında 7 matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin