“Neftçi”nin “Beşiktaş”la səfər oyunu avstriyalı hakimə həvalə olundu
“Neftçi”nin Konfrans Liqasında Türkiyə klubu “Beşiktaş”a qarşı keçirəcəyi səfər oyununun hakimləri müəyyənləşib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 17-də baş tutacaq cavab qarşılaşması Avstriyadan olan hakimlər briqadasına həvalə olunub.
İstanbulda gerçəkləşəcək matçda Yulian Veinberger ədaləti qoruyacaq. Ona Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.
“Beşiktaş” – “Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin