“Neftçi”nin baş məşqçisinin xərçəng xəstəliyi
“Neftçi”nin baş məşqçisi Roberto Bordin illər əvvəl xərçəng xəstəliyinə düçar olub.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssisin xərçəng xəstəliyinə yoluxandan sonra sağalması haqda “Sportevai” nəşrində dərc olunan yazıda məlumat verilib.
Bordində xərçəng 1996-1997 mövsümündə – “Napoli”də çıxış etdiyi vaxt aşkarlanıb. O, buna görə karyerasına fasilə verməli olub. Amma ondakı şiş xoşxassəli olub və əməliyyat nəticəsində sağalıb.
Bordin “Neftçi”nin “sükanı arxasına” 2018-ci ilin iyununda keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin