Samir Abasov üçün əlamətdar oyun
“Neftçi”nin baş məşqçisi Samir Abasov karyerasında 150-ci oyununu keçirib.
Komanda.az xəbər verir ki, bu, Premyer Liqanın 24-cü turunun “Sabah”la görüşünə təsadüf edib. 2:2 hesablı heç-heçə mütəxəssisin baş məşqçi karyerasında 38-ci “sülh” olub.
“Neftçi”yə qədər “Sumqayıt”la “Zirə”ni çalışdıran Abasov 55 qələbə və 57 məğlubiyyətə şahidlik edib. 150 oyundan 133-ü Premyer Liqa, 17-si ölkə kubokunda baş tutub.
Mütəxəssis “Neftçi”ni 17, “Zirə”ni 37, “Sumqayıt”ı 96 matça çıxarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin