Avropa Liqası: “Neftçi”nin ilk oyununun hakimləri açıqlandı
“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandasına qarşı keçirəcəyi ilk oyununun təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Uilyam Kollam olacaq. Ona yan xətt hakimləri Devid Makqici və Şon Karr kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yuen Anderson yerinə yetirəcək.
Avqustun 3-də, Bakıda keçiriləcək “Neftçi” – HİK matçı saat 21:00-da start götürəcək. Komandalar arasındakı cavab matçı avqustun 12-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin