“Neftçi”dən Şimali Makedoniya klubuna
“Neftçi”nin futbolçusu Nazim Məmmədzadə karyerasını Şimali Makedoniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Neftçi”nin əvəzedici heyətində çıxış etmiş 21 yaşlı yarımmüdafiəçi “Renova” ilə anlaşıb. Qış toplanışı zamanı Şimali Makedoniya klubunda baxışda olmuş futbolçu “Renova”nın məşqçilər heyətinin etimadını qazanıb və onunla müqavilə imzalanılıb. Məmmədzadə mövsümün sonuna qədər bu klubda çıxış edəcək.
“Renova” hazırda Şimali Makedoniya çempionatında 18 turdan sonra 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin