“Neftçi” yeni hücumçusunu “Beşiktaş”la oyun üçün sifariş edib
“Neftçi” yeni transferi Aaron Olanarenin adını UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Beşiktaş”la keçiriləcək oyunun iştirak ərizəsinə əlavə edib.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nigeriyalı futbolçunun adı üç hücumçudan biri kimi təqdim olunub.
29 yaşlı forvard bu gün “Neftçi Arena”da keçiriləcək qarşılaşmada baş məşqçi Adrian Mutunun sərəncamında olacaq.
“Neftçi” – “Beşiktaş” matçı saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin