“Neftçi” – “Spartak” oyunu Avstriyada keçiriləcək
“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi sonuncu yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.
Komanda.az xəbər verir ki, Rusiyanın “Spartak” (Moskva) klubu ilə görüş iyunun 29-da Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan “Neftçi” daha öncə iki yoxlama oyunu keçirib. İyunun 21-də Sloveniya “Olimpiya”sı (1:1) ilə üz-üzə “ağ-qaralar” ötən gün də bu ölkənin digər klubu “Domjale” (1:2) ilə qarşılaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin