“Neftçi”: Sayef qayıdır, Arveladze isə…
“Neftçi”nin zədəli futbolçuları Kenni Sayef və Vato Arveladzenin durumuna aydınlıq gəlib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl baş tutan yüngül məşq zamanı zədələnmiş Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. Bununla bağlı “Neftçi”nin baş həkimi Şaiq Zöhrablı açıqlama verib.
Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.
“Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbədən sonra xalının sayını 12-yə yüksəldən “Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin