“Neftçi” MOİK-dən qisasını aldı
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın 7-ci turuna “Neftçi” MOİK matçı ilə start verilib.
İlk dövrədə MOİK klubuna məğlub olan “Neftçi” ikinci görüşdə revanş alıb. İlk hissəni 25:13 hesabı ilə qalib gələn Pərviz Səmədovun komandası növbəti setlərdə də rəqibindən səhvsiz oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib – 3:0 (25:13, 25:14, 25:16).
Günün ikinci qarşılaşması “Ekspress” və “Murov” komandaları arasında olub. “Murov” bu görüşü 3:0 (25:19, 25:18, 25:12) hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.
Beləliklə, bu turdan sonra “Murov”un 14, “Neftçi”nin 13, MOİK-in 12, “Ekspress”in isə 3 xalı olduğu halda, 7-ci turda istirahət edən “Sərhədçi” komandası xalsızdır.
Bizi Facebook-da izləyin