“Oyundan razı qaldığımı deyə bilmərəm” – Samir Abasov

“Neftçi” klubunun baş məşqçisi Samir Abasov Premyer Liqanın 10-cu turunun “Qəbələ” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

Komanda.az xəbər verir ki, Abasov, 4:1 hesabıyla qələbə qazandıqları matçı belə şərh edib:

“Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdür. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindir. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram. Oyundan razı qaldığımı deyə bilmərəm. Matça kimi də bəzi problemlərimiz var idi. Bütün komanda şəklində məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular. Əfsuslar olsun, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu ki, bu da planlarımıza mane oldu. Bununla belə, Allaha şükür, buradan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button