“Neftçi” daha bir legionerlə vidalaşdı

“Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Komanda.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, Vato Arveladze ilə başa çatan müqavilə yenilənməyib.

Ötən ilin avqustunda transfer olunmuş gürcüstanlı hücumçu “Neftçi”nin heyətində 20 rəsmi oyunda meydana çıxıb. Klub daha əvvəl Sezar Meza Kolli ilə vidalaşmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button