“Neftçi” daha bir legionerini itirdi
Premyer Liqanın 5-ci turu çərçivəsində “Sumqayıt”la qarşılaşan “Neftçi”nin daha bir futbolçusu zədələnib.
Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın Gürcüstandan olan yarımmüdafiəçisi Vato Arveladze qarşılaşmanın ilk hissəsində sıradan çıxıb.
Əzələsi dartılan 24 yaşlı oyunçu 40-cı dəqiqədə Rəhman Hacıyevlə əvəzlənib.
Xatırladaq ki, Arveladze isinmə hərəkətləri zamanı zədələnən Kenni Sayevin əvəzində start heyətində meydana buraxılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin