“Neftçi” daha bir futbolçu transfer edir – İsraildən
“Neftçi” İsrailin “Aşdod” klubundan daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” 29 yaşlı yarımmüdafiəçi Kenni Saifi transfer edir. ABŞ və İsrail vətəndaşlığı olan Saif Bakı klubu ilə müqavilə imzalamaq üçün Azərbaycana gələcək.
Kenni Saif daha əvvəl Belçikada “Gent” və “Anderlext”in, həmçinin, ABŞ-da “Tsintsinnati” və Polşada “Lex” klubunun formasını geyinib. O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.
“Neftçi” ötən gün “Aşdod”un digər yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin