“Neftçi” Bolqarıstan klubunun futbolçusunu transfer edib

Bolqarıstanın “Lokomotiv” klubunun futbolçusu Alfa Konte “Neftçi”yə keçib.

Komanda.az xəbər verir ki, bunu Plovdiv təmsilçisinin icraçı direktoru Pavel Kolev “Dsport” nəşrinə açıqlamasında deyib.

Klub rəsmisi Syerra Leone millisinin vingerinin keçidində Azərbaycan klubu ilə anlaşdıqlarını təsdiqləyib. 23 yaşlı oyunçunun “ağ-qaralar”a transferi rəsmiləşdirmək üçün bu həftə Bakıya gələcəyi vurğulanıb.

Ötən ilin yayında “Lokomotiv”ə keçən Alfa Konte komandanın heyətində 13 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button