“Neftçi” Azərbaycana reytinq xalı qazandırdı

“Neftçi” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” buna UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la səfərdə 2:2 hesablı heç-heçə etməklə nail olub.

Sarayevoda baş tutan görüşdəki bərabərlik sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. Bununla da, ölkənin cari mövsümdəki xallarının sayı 0,875-ə çatıb.

“Qəbələ” isə bu turnir çərçivəsində öz meydanında Kipr klubu “Omoniya”ya uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,125-ə çatan Azərbaycan reytinqdə 29-cu pillədədir. Bir addım irəlidə olan Sloveniya 16,125 reytinq xalına malikdir.

Baş tutan oyunlar Türkiyə, İsrail, Yunanıstan, Xorvatiya, Kipr, Ermənistan, Latviya, İslandiya, Malta və Monteneqronun irəliləməsinə, Serbiya, Danimarka, İsveç, Rusiya, Lixtenşteyn, Litva, Lüksemburq və Uelsin isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button