“Neftçi” Antalyada ilk məşqə çıxdı
Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Neftçi” bu gün Türkiyəyə yollanıb.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi artıq Antalya şəhərinin Manavqat bölgəsində məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda ilk məşqə də çıxıb.
Qeyd edək ki, qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-də “LKS Lodz” (Polşa), 20-də Ukraynanın “Dinamo” (Kiyev), 24-də isə “Desna” klubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin