Nazilə İsmayılova dünya çempionatına qatıldı

4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında start verilib.

Komanda.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Körpücük üzərində ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində D qrupunda yarışıb. Atletimiz toplam 135 kq (60+75) nəticə göstərib. Nazilənin yekun sıralamadakı yeri yuxarı qruplarda çıxışlar bitəndən sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button