Nazarovun komanda yoldaşı Super Liqa klubunda
Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi bosniyalı müdafiəçi Marko Mihoyeviçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.
Ölkəsində “Leotar” və “Sarayevo” klublarının formasını geyinmiş Mihoyeviç 2018-ci ildə Yunanıstanın PAOK klubuna transfer olunub. Amma o, bu klubda möhkəmlənə bilmədiyi üçün əvvəlcə Yunanıstanın digər təmsilçisi OFİ-yə icarəyə verilib. Marko geridə qalan mövsümü də icarə əsasında Almaniyanın “Ersgebirge” klubunda, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovla birgə keçirib.
Bosniya və Herseqovinanın aşağı yaş qrupları üzrə yığmalarında da yonamış Mihoyeviç, 2018-ci ildən əsas milliyə dəvət alır.
Bizi Facebook-da izləyin