Narazı futbolçuya qapını göstərdilər
“Mançester Siti” müdafiəçisi Emerik Laportla yayda yollarını ayıra bilər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, müdafiəçi ehtiyatda qalmaqdan məyus olduğunu bildirib. Məhz bu səbəbdən, Mançester təmsilçisi də narazı futbolçuları komandada saxlamağı düşünmür.
İspaniyalı futbolçu cari mövsümdə “şəhərlilər”in heyətində İngiltərə Premyer Liqasında yeddi oyuna çıxıb.
Yayda “Borussiya”dan (Dortmund) Manuel Akanjinin transfer edilməsi Laportun mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirməsinə səbəb olub.
28 yaşlı oyunçunun “Mançester Siti” ilə sözləşməsi 30 iyun 2025-ci ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin