“Napoli”nin futbolçusu yeni müqavilədən imtina etdi
İtaliyanın “Napoli” klubu qapıçısı Aleks Meretə yeni müqavilə təklif edib.
Komanda.az xəbər verir ki, 22 yaşlı qolkiper bu təklifi qəbul etməyib. Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Xəbərdə qeyd olunur ki, Meret Neapol təmsilçisinin yeni müqavilə təklifini bir şərtlə qəbul etməkdə maraqlıdı. O, əsas heyət oyunçusu olacağına əmin olmaq istəyir.
Qeyd edək ki, italiyalı qolkiper 2018-ci ildən formasını geyindiyi “Napoli”də cəmi 27 oyuna çıxıb. “Udineze”nin yetirməsi olan qapıçı SPAL-da da icarədə oynayıb. Onun “Napoli” ilə mövcud müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin