“Napoli”nin hücumçusu İspaniyaya qayıtmaq istəyir
“Napoli”nin futbolçusu Xose Kalyexon karyerasını İspaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Football İtalia” məlumat yayıb. Xəbərdə, 33 yaşlı hücumçunun “Napoli”nin yeni təklifini qəbul etmədiyi və “Valensiya”ya getmək istədiyi bildirilib. “Yarasalar” da ispan futbolçu ilə danışıqlara başlayıb.
“Napoli”ylə müqaviləsi mövsümün sonuna qədər olan Kalyexon, daha əvvəl İspaniyada “Real” və “Espanyol”un formasını geyinib.
İspaniyalı hücumçu 2013-cü ildən “Napoli”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin