“Napoli” baş məşqçisini istefaya göndərə bilər
“Napoli” baş məşqçisi Valter Matsarrini istefaya göndərə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, onun klubdakı taleyi Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə fevralın 21-də keçiriləcək ev oyunundan asılıdır. Komanda zəif çıxış edəcəyi təqdirdə, rəhbərlik mütəxəssisi istefaya göndərmək qərarına gəlib.
Matsarri ilə yollar ayrılsa, böyük ehtimalla, onu “Milan”ın və “Sampdoriya”nın sabiq çalışdırıcısı Marko Campaolo əvəz edəcək.
Matsarrinin Neapol təmsilçisi ilə hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.
“Napoli” İtaliya A Seriyasında 24 turdan sonra 36 xal toplayıb və hazırda 10-cu yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin