“Napoli” “Yuventus”a qalib gəldi
İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.
“Empoli”nin qonağı olan “İnter” 3 cavabsız qolla qalib gəlib. “Udineze” də “Kremoneze”ni eyni hesabla yenib.
“Montsa” – “Fiorentina” matçında meydan sahibləri qalib gəliblər. “Milan” da “Leççe”ni 2 cavabsız qolla üstələyib.
“Yuventus” isə lider “Napoli” ilə üz-üzə gəlib. Neapollular son saniyələrdə vurulan qol sayəsində vacib 3 xal əldə ediblər.
İtaliya A Seriyası
31-ci tur
21 aprel
Verona – Bolonya 2:1
Qol: Verdi, 45+6-pen; 62 – N.Dominqes, 90+4.
22 aprel
Salernitana – Sassuolo 3:0
Qol: Pirola, 9. Dia, 20. Kulibali, 65.
Latsio – Torino 0:1
Qol: İliç, 43.
Sampdoriya – Spetsiya 1:1
Qol: Amione, 23 – Verde, 59.
23 aprel
Empoli – İnter 0:3
Qol: Lukaku, 48; 76. L.Martines, 88.
Montsa – Fiorentina 3:2
Qol: Biraqi, 26-öz qapısına. Mota, 43. Pessina, 59-pen – Kuame, 8. Saponara, 13.
Udineze – Kremoneze 3:0
Qol: Samardziç, 2. N.Peres, 27. Sakses, 36.
Milan – Leççe 2:0
Qol: Leao, 40; 75.
Yuventus – Napoli 0:1
Qol: Raspadori, 90+3.
24 aprel
22:45. Atalanta – Roma
Bizi Facebook-da izləyin