“Napoli” vahid liderlik şansını əldən verdi
İtaliya A Seriyasında 3-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
Günün ən maraqlı oyunlarından hesab olunan “Fiorentina” – “Napoli” matçında qapılara qol vurulmayıb. “Leççe” – “Empoli” matçında da qalib müəyyənləşməyib. “Salernitana” doğma meydanda “Sampdoriya”nı 4 cavabsız qolla yenib. Səfərdə “Verona” ilə qarşılaşan “Atalanta” isə 3 xalı tək qolla qazanıb.
3 turdan sonra 7 xala malik 6 “lider” var – “Napoli”, “Milan”, “Latsio”, “Atalanta”, “Torino” və “Roma”. “İnter” 6 xalla 7-cidir. “Yuventus”la “Fiorentina”nın isə 5 xalı var.
İtaliya A Seriyası
3-cü tur
26 avqust
Montsa – Udineze 1:2
Qol: Kolpani, 32 – Beto, 36. Udoqi, 77.
Latsio – İnter 3:1
Qol: Anderson, 40. L.Alberto, 75. Pedro, 86 – L.Martines, 51.
27 avqust
Kremoneze – Torino 1:2
Qol: Sernikola, 80 – Vlaşiç, 17. Radonyiç, 65.
Yuventus – Roma 1:1
Qol: Vlahoviç, 2 – Abraham, 69.
Milan – Bolonya 2:0
Qol: Leao, 21. Jiru, 58.
Spetsiya – Sassuolo 2:2
Qol: Bastoni, 30. Nzola, 45+3-pen – Frattezi, 27. Pinamonti, 50.
28 avqust
Salernitana – Sampdoriya 4:0
Qol: Dia, 7. Bonatsoli, 16. Vilyena, 50. Botheym, 76.
Verona – Atalanta 0:1
Qol: Koopmeyners, 50.
Fiorentina – Napoli 0:0
Leççe – Empoli 1:1
Qol: Strefetsa, 40 – Parisi, 23.
Bizi Facebook-da izləyin