
İtaliyalı hücumçu “Milan”la “Napoli”nin “radar”ındadır
“Atalanta”ya məxsus olan, hazırda icarə əsasında “Kalyari”də çıxış edən hücumçu Roberto Pikkoli karyerasında növbəti addımı ata bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun vəziyyətini “Napoli” və “Milan” yaxından izləyir.
Pikkoli gələcək mövsümü ehtiyat oyunçular skamyasında keçirmək istəmir və daimi əsas heyət üzvü olmaq niyyətindədir. O, harada oynayacağını hələ dəqiq bilməsə də, müntəzəm çıxış etmək istəyir.
İddialara görə, icarə müddəti başa çatdıqdan sonra “Kalyari” italiyalı forvardı 12 milyon avroya transfer edə bilər. O, bu mövsüm icarə əsasında çıxış etdiyi komandanın heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin