“Napoli” polşalı futbolçu ilə gücləndi

İtaliyanın “Sampdoriya” klubu sağ cinah müdafiəçisi Bartoş Bereşinskini “Napoli”yə icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Polşa millisinin də üzvü olan müdafiəçi bu mövsümün sonuna kimi icarədə olacaq. Amma neapollular yayda oyunçunun transfer hüquqlarını da almalıdır.

Bereşinski 2017-ci ilin yanvarından “Sampdoriya”da forma geyinir. 30 yaşlı futbolçu daha öncə ölkəsində “Legiya”, “Lex” və “Varta”nın da formasını geyinib. O, milli komandada 50 oyuna çıxıb.

“Napoli” bu transfer qarşılığında sağ cinah müdafiəçisi Alessandro Zanolini də “Sampdoriya”ya icarəyə verib. İtaliyadan olan 22 yaşlı futbolçunun bu ilin 30 iyununa kimi Genuya təmsilçisində forma geyinəcəyi diqqətə çatdırılıb. “Karpi”nin yetirməsi olan Zanoli 2018-ci ildən Neapol klubunda çıxış edir. O, əsas komandada 16 matça çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button