“Napoli” büdrədi, “İnter” növbəti qələbəsini rəsmiləşdirdi
İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 5 görüş baş tutub.
“Atalanta” evdə “Kalyari”yə, “Fiorentina” isə səfərdə “Udineze”yə qolla qalib gəlib. “Empoli”nin qonağı olan “İnter” də turu qələbə ilə başa vurub. “Bolonya”nın qonağı olan son çempion “Napoli” xal itirib. Səfərdə “Torino” ilə üz-üzə gələn “Roma” da 1 xalla kifayətlənib.
Hazırda “İnter” 15 xalla vahid liderdir. “Milan”ın 12, “Leççe”nin 11, “Yuventus”la “Fiorentina”nın 10, “Atalanta”nın 9, “Napoli”, “Frozinone” və “Torino”nun 8 xalı var.
İtaliya A Seriyası
5-ci tur
22 sentyabr
Salernitana – Frozinone 1:1
Qollar: Kabral, 52 – Romanyoli, 12.
Leççe – Cenoa 1:0
Qol: Udin, 83.
23 sentyabr
Milan – Verona 1:0
Qol: Leao, 8.
Sassuolo – Yuventus 4:2
Qollar: Loryente, 12. Berardi, 41. Pinamonti, 82. Qatti, 90+5-öz qapısına – Vinya, 21-öz qapısına. Kyeza, 78.
Latsio – Montsa 1:1
Qollar: İmmobile, 12-pen – Qalyardini, 36.
24 sentyabr
Empoli – İnter 0:1
Qol: Dimarko, 51.
Atalanta – Kalyari 2:0
Qollar: Lukman, 33. Paşaliç, 76.
Udineze – Fiorentina 0:2
Qollar: Martines, 32. Bonaventura, 90+3.
Bolonya – Napoli 0:0
Torino – Roma 1:1
Qollar: Sapata, 85 – Lukaku, 68.
Bizi Facebook-da izləyin