
“Napoli” bu gün Qarsiyanın istefasını açıqlayacaq
“Napoli”nin baş məşqçisi Rudi Qarsiya komandanı tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis bu gün vəzifəsindən uzaqlaşdırılacaq.
Qarsiya bu yay Luçano Spalettini əvəzləyərək “Napoli”nin “sükanı arxasına” keçib.
“Napoli” A Seriyasının 12 turundan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin