Nəzirov, Stamenkoviç və Bayramov Top-20-də
Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir. Qolkiper turnirdə 282 matça çıxıb.
Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, ikinci yerdə Rauf Mehdiyevdir. O, rekorddan 11 oyun geridədir. İlk üçlüyü Cahangir Həsənzadə tamamlayır.
Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qolkiperin rekorda 32 oyunu qalıb. Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev Top-20-də yer alsa da, cari mövsümdə iştirak etməyib.
Ən çox oyun keçirən 20 qapıçı:
1. Fərhad Vəliyev – 282
2. Rauf Mehdiyev – 271
3. Cahangir Həsənzadə – 268
4. Anar Nəzirov – 250
5. Nizami Sadıqov – 247
6. Kamran Ağayev – 229
7. Hüseyn Məhəmmədov – 227
8. Nadir Şükürov – 219
9. Elxan Həsənov – 203
10. Elşən Poladov – 200
11. Faiq Əzizov – 196
12. Səlahət Ağayev – 192
13. Camaləddin Əliyev – 173
14. Vitali Kovalyov – 173
15. Davud Kərimi – 162
16. Rauf Salamov – 156
17. Saşa Stamenkoviç – 150
18. Vladimir Kopeykin – 149
19. Kamal Bayramov – 146
20. Rövşən Əliyev – 138
Bizi Facebook-da izləyin