ÇL: “Nəhəng klublar üçün turnir indi başlayır”

Almaniya millisinin keçmiş futbolçusu Mattias Sammer UEFA Çempionlar Liqasının “Mançester Siti” – “Leyptsiq” cütünün cavab matçını (7:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Premyer Liqa təmsilçisinin çox sürətli olduğunu dilə gətirib:

“Mançester Siti” hazırda çox yaxşı durumdadır. Oyundan öncə demişdim ki, nəhəng klublar üçün turnir indi başlayır. “Şəhərlilər” yüksək səviyyədə komanda oyunu nümayiş etdirməklə yanaşı, fiziki gücünü də ortaya qoyur. Bu komanda çox sürətlidir”.

İki oyunun nəticəsinə əsasən, “şəhərlilər” Bundesliqa klubunu 8:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button