“Məşqçi kimi şanslıyam” – ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının hücum xətti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Mançester klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, əvvəlcə futbolçu Freddən razı qaldığını deyib:

“Hazırda Fred müdafiə və hücum arasında əlaqə rolunu oynayır. O, çox yaxşıdır, düşünürəm ki, Fred daha da yaxşı ola bilər. Enerji və əhval-ruhiyyə ilə yüklənir.

Hücum edən oyunçular bir-biri ilə çox yaxşı münasibət qururlar və düşünürəm ki, məşqçi kimi şanslıyam. Biz oyunumuzu hər gün təkmilləşdirməli və inkişaf etməliyik”.

“Mançester Yunayted” Avstraliya turu çərçivəsində üç oyun keçirib, üç qələbə qazanıb və 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button