“Mənim üçün top yemək kimidir” – Kazemiro

“Mançester Yunayted”in futbolçusu Kazemiro rəqibləri məyus etmək üçün özünü necə motivasiya etdiyini açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, topu yemək kimi düşündüyünü deyib:

“Məni tanıyan hər kəs yaxşı bilir ki, mənim üçün top yemək kimidir. Buna görə də, onun arxasınca çox güclü qaçıram. Bu, istənilən matça aiddir. İstər final oyununa, istərsə də adi görüşə. Mən hər topun arxasınca qaçıram. Sanki bütün həyatım ondan asılıdır”.

İngiltərə Liqa kubokunun “Mançester Yunayted” – “Nyukasl” (2:0) final qarşılaşmasında qollardan birinin müəllifi Kazemiro olub.

31 yaşlı “sambaçı” cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində İngiltərə Premyer Liqasında 17 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button