Məmmədyarovla Rəcəbov FİDE reytinqində mövqeyini qorudu
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Komanda.az FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın 2 təmsilçisi yer alıb.
Şəhriyar Məmmədyarov 8-ci pillədəki mövqeyini qoruyub. Onun aktivində 2770 xal var. 2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.
Nicat Abbasov 2668 xalla bir pillə irəliləyərək, 70-ci sıraya yüksəlib. Qədir Hüseynov isə 2665 xalla 74-cü sıradakı yerini qoruyub. Rauf Məmmədovla (2654) Arkadi Naydiçin (2649) mövqeyində də dəyişiklik olmayıb. Onlar müvafiq olaraq, 92 və 100-cü pillələrdə qərarlaşıblar olub.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla 2-ci, çinli Dinq Liren 2791 xalla 3-cüdür.
Qadınlardan 2443 xalı olan Günay Məmmədzadə 31-ci sırada qalıb. 2382 xala malik Gülnar Məmmədova 2 pillə irəliləyərək 79-cu pilləyə yüksəlib. 2376 xalı olan Xanım Balacayeva isə 90-cı sıradakı mövqeyini qoruyub.
Bizi Facebook-da izləyin