Məğlubiyyətin nə olduğunu bilməyən Azərbaycan millisi AÇ-nin finalında
Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin yarımfinal oyunu baş tutub.
Komanda.az xəbər verir ki, qızlarımız yarımfinalda Kipr yığması ilə qarşılaşıblar.
Oyuna fəal başlayan millimiz, rəqib üzərində 66:49 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıblar.
Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Kosovo – Albaniya görüşünün qalibi olacaq
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin