Ten Haq özünü necə hiss edir? – Ronaldo gedəndən sonra

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq portuqaliyalı hücumçu Kriştiano Ronaldonun İngiltərə klubundan ayrılması haqda danışıb.

Komanda.az “Evening News”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”da yeni gələcək qurmaq istədiyini deyib:

“Ronaldo klubdan ayrıldıqdan sonra özümü necə hiss edirəm? Bu məsələ artıq keçmişdə qalıb. Biz irəliyə baxırıq. Onunla qalmaqallı müsahibədən sonra danışmadıq. Biz “Mançester Yunayted” üçün yeni bir gələcək qurmaq istəyirik. Lakin Ronaldo bunun bir hissəsi olmaq istəmirdi.

Mən enerjimi bu məsələyə sərf etmək istəmirəm. Mövsümü uğurla başa vurmaq niyyətindəyik. Bütün diqqətimizi oyunlara yönəltmişik”.

Noyabr ayında Ronaldo “Mançester Yunayted”lə müqaviləsini ləğv edib və hazırda azad agent statusundadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button