MY – Ronaldo “müharibə”sində yeni detal

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “The Sun” nəşrinə verdiyi müsahibə ilə bağlı daha bir məqam ortaya çıxıb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Ronaldo DÇ-2022 ilə əlaqədar olaraq, noyabrın 13-dək “Mançester Yunayted”in bazasından bütün əşyalarını götürübmüş. Halbuki, futbolçunun İngiltərə klubundan rəsmən ayrıldığı noyabrın 22-də açıqlanmışdı.

37 yaşlı forvard “The Sun” nəşrinə müsahibəsində klubu sərt tənqid etmiş, “Mançester Yunayted”in ona xəyanət etdiyini söyləmişdi. “Qırmızı şeytanlar” bundan sonra Ronaldo ilə müqaviləni pozub. Tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığı dayandırıblar.

Ronaldonun formasını geyindiyi Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşə uduzaraq (0:1), turniri tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button