Portuqaliyalıya yeni müqavilə təklif ediləcək
“Mançester Yunayted” portuqaliyalı müdafiəçisi Dioqo Dalota yeni müqavilə təklif edəcək.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, futbolçu ilə sözləşmə 2028-ci ilə qədər uzadıla bilər. Ötən ayın əvvəllərində oyunçunun özü də Mançester təmsilçisi ilə danışıqların aparıldığını təsdiqləyib.
23 yaşlı Dalot cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin