Pavar üçün İngiltərədən daha bir “elçi”
“Bayern”in futbolçusu Benjamin Pavar karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” onu transfer etməkdə iddialıdır. “Qırmızı şeytanlar” fransalı futbolçu üçün 30 milyon avro təklif etməyə hazırdır.
Öncədən “Mançester Siti”nin də Pavarı transfer etmək istədiyi bildirilirdi.
Fransa millisinin üzvü 2019-cu ildən “Bayern”də forma geyinir. O, başa çatan mövsümdə Almaniya klubunun heyətində 43 oyuna çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin