Keçmiş futbolçu Qvardiola haqda: “O, şahmatçıdır”
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”nin “Leyptsiq”lə oyununu (1:1) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ də “şəhərlilər”i sevdiyini deyib:
“90 dəqiqə ərzində oyunu nəzarətdə saxlamaları çox nadir hadisədir. Düşünə bilərsiz ki, Pep Qvardiola heyətdə nəsə dəyişiklik edib. O, şahmatçıdır. İkinci hissədə onlar yaxşı çıxış etmədilər.
Mən hələ də “Mançester Siti”ni sevirəm. İlk hissədə onlar ən yaxşı komanda olduqlarını göstərdilər. Onlar zirvədə olmalıdırlar”.
“Mançester Siti” – “Leyptsiq” cütünün cavab oyunu martın 14-də, İngiltərədə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin